Dortmund “Borussiya”sının və Türkiyə yığmasının üzvü Əmrə Mor arzusu barədə danışıb.
Sportarena.az xəbər verir ki, Əmrə gələcəkdə çıxış etmək istədiyi klubun adını açıqlayıb. O, ulduz futbolçu olmaq istədiyini də vurğulayıb:
“Borussiya” dünyanın ən güclü klublarından biridi. Mən burda çox şey öyrənirəm. Ancaq etiraf edim ki, “Real”da oynamaq, ulduz olmaq istəyirəm. Ən böyük arzum o klubun formasını geyinməkdi. Amma onu da bilirəm ki, indi bu istəyimə çatmaq üçün hələ tezdi. Öz potensialıma bələdəm, “Barselona”da da çıxış edə bilərəm. Nə vaxt? Bax, bunu bilmirəm”.