UEFA Millətlər Liqasının tərkibini açıqladı - Millimizin rəqibləri kimlərdi?

11:40 31 Mart 2017

UEFA Millətlər Liqası üçün liqaların ilkin tərkibini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, 55 üzv assosiasiya 4 Liqaya bölünüb. Avropa futbol qurumu 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində 5-ci turun oyunları başa çatdıqdan sonra ölkələrin yeni reytinq siyahısını dərc edib. Əmsallar cədvəli əsasında tərtib olunmuş həmin siyahıya əsasən, Azərbaycan millisi C Liqasında yer alıb.

 

A və B liqalarına hərəyə 12, C Liqasına 15, D Liqasına isə 16 komanda düşüb. Liqaların yekun tərkibi DÇ-2018-in təsnifat mərhələsi yekunlaşdıqdan sonra - 2017-ci il noyabrın 15-də açıqlanacaq.

 

 

A liqası
1-ci səbət
Almaniya, Rusiya, Belçika, Portuqaliya

2-ci səbət
İspaniya, İngiltərə, İtaliya, İsveçrə

3-cü səbət
Fransa, Xorvatiya, Polşa, İslandiya
 


B liqası
1-ci səbət
Avstriya, Uels, Bosniya H., İrlandiya

2-ci səbət
Hollandiya, Ukrayna, Slovakiya, İsveç

3-cü səbət
Macarıstan, Ş.İrlandiya, Çexiya, Türkiyə

 
C liqası
1-ci səbət
Rumıniya, Sloveniya, İsrail, Danimarka

2-ci səbət
Yunanıstan, Albaniya, Şotlandiya, Serbiya,

3-cü səbət
Bolqarıstan, Monteneqro, Norveç, Litva

4-cü səbət
Finlandiya, Azərbaycan, Kipr

 
D liqası
1-ci səbət
Belarus, Estoniya, Gürcüstan, Ermənistan

2-ci səbət
Latviya, Farer adaları, Qazaxıstan, Makedoniya

3-cü səbət
Lüksemburq, Moldova, Lixtenşteyn, Malta

4-cü səbət
Kosovo, San-Marino, Andorra, Cəbəllütariqa


Digər xəbərlər

Xəbər xətti