"Sanderlend"in futbolçusu Dankan Yan Uotmor qəzaya düşən 3 nəfərin həyatını xilas edib.
Sportarena.az xəbər verir ki, Barbadosda reablitasiya keçən 23 yaşlı forvard suda aşan qayıqda olan insanlara kömək edib. O, ayağından yaralanan bir nəfərə ilk tibbi yardım da göstərib.
Qeyd edək ki, Dankan dekabrda dizindən aldığı zədəyə görə baş məşqçi Devid Moyes tərəfindən istirahətə buraxılıb. O, bərpa prosesini sərbəst şəkildə keçir.