“Arsenal”ın baş məşqçisi Arsen Venger bu komandanın yarımmüdafiəçisi Məsut Özilin Almaniya millisinin heyətində Azərbaycana qarşı oyunundan danışıb.
Sportarena.az xəbər verir ki, “topçular”ın fransız çalışdırıcısı türk əsilli futbolçunun millimizlə oyunda özünü yaxşı tərəfdən göstərdiyini bildirib:
“Məsut özünü təsdiq etmək üçün yenidən məşqlərə başladı. Azərbaycanla oyunda 20 dəqiqə yaxşı çıxış etdi. Məsut bu həftə çox güclü məşqlər edib, əvvəlki formasını qaytaracaq”.
Martın 26-da keçirilən oyunda Almaniya millimizi 4:1 hesabı ilə məğlub edib.