“Real”ın və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun adının doğulduğu Madeyro şəhərindəki hava limanına verilməsi barədə məlumat vermişdik.
Sportarena.az xəbər verir ki, ancaq sosial mediada futbolçunun adının verildiyi hava limanından çox, açılış tədbirində nümayiş etdirilən Ronaldonun büstü müzakirə olunmuşdu. Belə ki, portuqaliyalı futbolçuya bənzəməyən büst sosial şəbəkədə istehza obyektinə çevrilmişdi. Büstü hazırlayan heykəltaraş Emanuel Santos yerli mətbuata açıqlamasında öz “əl işini” müdafiə edib. O, hətta Ronaldonun onun işini bəyəndiyini də bildirib:
“Kriştiano Ronaldo gördüyüm işi çox bəyəndi. Büstün şəklini göndərdiyimdə mənə çox sevdiyini dedi. Sadəcə, üzdəki qırışıqları düzəltməli olduğumu söylədi. Oturub işləmək üçün vaxtım yox idi. Sənət sənətdi. Amma insanlar tənqid etməyi bacarmalıdılar”.