Millətlər liqasının püşkatmasında Rusiya millisi ilə Ukrayna yığması eyni qrupa düşməyəcək.
Sportarena.az xəbər verir ki, bu barədə UEFA-dan məlumat verilib. Bu qərar həm də Azərbaycan ilə Ermənistan milliləri üçün keçərlidir. Əmsallar cədvəlinə görə, bu millilərin eyni qrupa düşməsi mümkündür. Lakin bu halın qarşısı alınacaq və eyni qruplarda mübarizə aparmayacaqlar.
Qeyd edək ki, Əmsallar cədvəli əsasında tərtib olunmuş həmin siyahıya əsasən, Azərbaycan millisi C Liqasına düşüb.