"Bursaspor"un baş məşqçisi yığmamızın üzvündən danışdı - "İnkişaf etdikcə faydalı olacaq” - AÇIQLAMA

12:05 1 Aprel 2017

Türkiyə Super Liqa təmsilçisi "Bursaspor"un baş məşqçisi Mutlu Topçu iki gün öncə bu komandayla müqavilə bağlayan U-21 millimizin üzvü Ozan Can Kökcü barədə danışıb.

 

Sportarena.az xəbər verir ki, Topçu Türkiyə mətbuatına açıqlamasında Kökcünün kluba faydalı olacağına inandığını deyib:

 

"Seleksiyaçılarımız çox yaxşı işləyirlər. Komandaya həm yaxın, həm də uzaq planda kömək edəcək oyunçular seçirik. Ozan Can da izləyərək seçdiyimiz oyunçulardan biridi. Bir çox klubun siyahısında var idi. Biz də ailəsi ilə görüşdük, klubumuzla, bazamızla tanış etdik. O da bizi seçdi. Bir sözlə, faydalı bir oyunçu transfer etdiyimizi düşünürəm. İnkişaf etdikcə həm “Bursaspor”a, həm də türk futboluna faydalı olacağı fikrindəyəm”. 

 

Qeyd edək ki, əsas millimizin üzvü Dəniz Yılmaz da "Bursaspor"da top qovur. 


Digər xəbərlər

Xəbər xətti