İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı oyunçusunun adına aydınlıq gəlib.
Sportarena.az xəbər verir ki, “Everton”un hücumçusu Romelu Lukaku, Coşua Kinq (Bornmut), Corcinyo Vaynaldim (Liverpul), Mamade Sako (Kristal Palas), Artur Boruç "Bornmut) və Natan Redmondu (Sauthempton) qabaqlayaraq, ayın ən yaxşı futbolçusu adına layi görülüb. .
Qeyd edək ki, Belçikalı hücumçu ötən ay 4 qol vurub, 2 qolun ötürməsini verib.