“Fənərbaxça”nın prezidenti Əziz Yıldırım Türkiyə Futbol Federasiyasına etiraz edib.
Sportarena.az xəbər verir ki, klubun jurnalı üçün yazdığı yazıda o, ölkənin U-21 millisinə “Fənərbaxça”dan futbolçu dəvət edilməməsinə görə narazılığını bildirib. Əziz Yıldırım Türkiyənin U-21 komandasının bugünlərdə Ukrayna və Azərbaycanla yoxlama oyunu keçirdiyini xatırladıb.
Yıldırım “Fənərbaxça”nın U-21 liqasında lider olmasına baxmayaraq, sözügedən matçlara klublarından bir oyunçunun belə dəvət edilmədiyindən təəssüfləndiyini bildirib. O, məsələ ilə əlaqədar TFF prezidenti Yıldırım Dəmirörənə müraciət etdiyini də yazıb
“Fənərbaxça”dan U-21 millisinə futbolçunun çağırılmamasında heç bir məntiq yoxdur. Bu, obyektivlikdən uzaq, türk futbolunun inkişafının qarşısını alan qərardır”.