"Bornmut"un baş məşqçisi Eddi Hau mart ayında İngiltərə Premyer Liqasının ən yaxşı məşqçisi seçilib.
Sportarena.az xəbər verir ki, gənc mütəxəsisin komandası martda keçirdiyi 3 oyunda 7 xal toplayıb. "Bournemouth" səfərdə "Manchester United"dən xal almaqla (1:1) çoxlarını təəccübləndirmişdi.
Qeyd edək ki, hazırda onun komandası turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.