Azərbaycanın DÇ-2018 şansları açıqlandı

15:47 1 Aprel 2017

DÇ-2018-in seçmə mərhələsində iştirak edən komandaların Rusiyada keçiriləcək mundiala çıxmaq şansları açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, xarici ekspertlərin tərtib etdiyi siyahıda final mərhələsinə yüksəlməyə nəzəri şansları olan bütün komandalar yer alıb.

 

Meydan sahibi Rusiya və ilk vəsiqənin sahibi Braziliyadan sonra DÇ-yə yollanacaq 22 komanda adına 89 namizəd var. Azərbaycan millisi də bu yığmalar sırasındadır. Prosineçkinin yetirmələrinin Rusiyaya yollanmaq ehtimalı 0,37 faizdir. Bu 89 namizəd arasında yalnız 75-cidir.

 

Qeyd edək ki, millimizin seçmə mərhələdə yer aldığı C qrupuna 15 xalla Almaniya başçılıq edir. 10 xalı olan Şimali İrlandiya 2-cidi. 3-cü sırada qərarlaşan Çexiyanın passivində 8, 4-cü olan Azərbaycanın isə 7 xalı var.


Digər xəbərlər

Xəbər xətti