"Lester"in baş məşqçisi Premyer Liqanın tarixinə düşdü

15:53 2 Aprel 2017

"Lester" Premyer Liqanın 30-cu turunda "Stok Siti"ni 2 cavabsız qolla məğlub edib.

 

Sportarena.az xəbər verir ki, "tülkülər" Kreyq Şekspirin baş məşqçi təyin olmasından sonra hələlik uduzmayıb. Komanda onun rəhbərliyi altında liqada keçirdiyi ilk 4 oyunda 4 qələbə qazanıb. Şekspir Premyer Liqada bu uğura imza atan birinci ingilis mütəxəsis kimi tarixə düşüb. Ona qədər heç bir yerli məşqçi təyinat aldıqdan sonra arıdıcl 4 oyunda qalib gələ bilməyib.

 

Qeyd edək ki, onun komandası bundan əvvəl "Liverpul" (3:1), "Hall Siti" (3:1) və "Vest Hem"ə (3:2) qalib gəlib..


Digər xəbərlər

Xəbər xətti