Buffon Zanettiyə çatdı - Maldiniyə nə qədər qaldı?

13:08 3 Aprel 2017

İtaliya A Seriyasının 30-cu turu çərçivəində keçirilən "Napoli" - "Yuventus" matçı (1:1) qonaqların qapıçısı Canluici Buffon üçün əlamətdar olub.

 

Sportarena.az xəbər verir ki, İtaliya millisinin üzvü A Seriyasında 615-ci qarşılaşmada meydana çıxıb. 39 yaşlı "əlcək sahibi" "İnter"in sabiq futbolçusu Xavyer Zanettiya çatıb.

 

İtaliya çempionatında ən çox oyun keçirən futbolçu isə "Milan"ın əfsanəvi kapitanı Paulo Maldinidi. O, A Seriyasında 647 görüşdə meydana çıxıb.


Digər xəbərlər

Xəbər xətti