Moskvanın “Spartak” klubunun yarımmüdafiəçisi Aleksandr Səmədov xaricdən aldığı təkliflər barədə danışıb.
Sportarena.az xəbər verir ki, Azərbaycan əsilli futbolçu İspaniyadan və Çindən təklif aldığını bildirib. Ancaq o, bu təkliflərdən imtina edib:
“Təxminən bir il əvvəl zəng edib dedilər ki, Çindən təklif var. Ora getməyə hazır olub-olmadığımı soruşdular. “Yox” cavabı verdim. Məgər bu, ekzotikadı? Görün nə qədər insan pula görə Çinə üz tutub. Amma bu, onların seçimidi.
2005-ci ildə “Lokomotiv”də çıxış edərkən Avropa Liqasında “Sevilya” ilə qarşılaşdıq. Moskvada keçirilən ilk oyundan sonra İspaniyaya - cavab qarşılaşmasına gedərkən, idman direktoru mənə yaxınlaşdı və dedi ki, iki ispan klubunun nümayəndələri sənin oyununa baxmağa gələcəklər. Təəccüblənsəm də, öz-özümə dedim ki, İspaniya nəyə lazımdı, mənə elə burda da yaxşıdı”.