Futbolçu hakimi bir zərbə ilə yerə sərdi - VİDEO

10:44 4 Aprel 2017

Portuqaliyanın regional futbol liqası matçında maraqlı hadisə baş veib.

 

Sportarena.az xəbər verir ki, "Kanelas" komandasının hücumçusu Marko Qonsalveş dizi ilə baş hakim Xose Rodrigesin başına zərbə endirib. Hadisə referinin ona qırmızı vərəqə göstərməsindən sonra baş verib. Rodriges Qonsalveşin rəqib komandadan bir futbolçunun sifətinə zərbə endirdikdən sonra onu meydandan kənarlaşdırmalı olub.

 

Baş hakim futbolçunu meydandan qovmaq istədikdə bu dəfə onun üzərinə hücum çəkib. Marko onun başına dizi ilə zərbə endirib.Nəticədə oyun dayandırılıb. "Kanelas" isə Qonsalveşlə müqaviləni pozub.

 

Qeyd edək ki, Portuqaliyada futbolçunun ömürlük cəzalanması müzakirə edilir.

 

 


Digər xəbərlər

Xəbər xətti