Bütün Türkiyə bu qadından danışır - "Qalatasaray"ın oyununda nə işi vardı? - FOTOLAR

14:30 4 Aprel 2017

Türkiyə superliqasında dünən keçirilən "Qalatasaray" - "Adanaspor" matçında (4:0) hamının diqqətini çəkən bir hadisə yaşanıb.

 

Sportarena.az xəbər verir ki, oyunun 78-ci dəqiqəsində əvəzetmə zamanı meydanın kənarında bir qadın görünüb. Bundan sonra sosial şəbəkələrdə və mediada bu məsələ ilə bağlı maraqlı xəbərlər dolaşmağa başlayıb.

 

 

Artıq həmin qadının kim olduğu müəyyənləşib. O, qarşılaşmanın sahə komissarı Sevgi Yalçındır. Türkiyənin ilk qadın inspektoru olan Yalçın Türkiyə Futbol Federasiyası tərəfindən bu matça təyinat alıb.

 

Bildirilir ki, 62 yaşlı Sevgi Yalçın təqaüdçüdür. O, 25 ildir bu işlə məşğul olur. Təqaüdə çıxana qədər isə uzun müddət Türkiyə Hakimlər Komitəsində çalışıb. Bu oyuna qədər inspektor kimi ancaq həvəskarlar liqasında təyinatları olub. İşini uğurla yerini yetirdiyindən Superliqanın sözügedən oyununa sahə inspektoru kimi göndərilib. Onun oğlu Volkan Yalçın Türkiyə futbolunun tanınmış hakimlərindən olub. Qızı Bihter Yalçın da inspektor kimi Superliqa oyunlarına təyinat alıb.

 


Digər xəbərlər

Xəbər xətti