Beynəlxalq Şahmat Federasiyası (FİDE) dünyanın ən yaxşı oyunçularının aprel üzrə reytinq siyahısını yeniləyib.
Sportarena.az xəbər verir ki, azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov FİDE-nin reytinqinə görə dünyada sürətli şahmat üzrə 3-cü yerdə qərarlaşıb.
Federasiyanın reytinq siyahısına 2896 balla Norveç təmsilçisi Maqnus Karlsen rəhbərlik edir. Siyahıda ikinci yerdə 2827 balla Ukrayna idmançısı Vasili İvançuk qərarlaşıb. İlk üçlükdə yer alan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ukraynalı rəqibindən cəmi 2 balla geri qalır. O, 2825 bal toplayıb.