Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları üçün bütün təyinatlar müəyyənləşib.
Sportarena.az xəbər verir ki, “Qəbələ” - “İnter” matçında baş hakim Ömər Paşayev olacaq. “Qarabağ”la “Neftçi”nin duelində isə baş hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək.
Azərbaycan kuboku, yarımfinal, cavab oyunları
5 aprel
Qəbələ - İnter (İlk oyun: 3:1)
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Nahid Əliyev, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Asim Xudiyev
Qəbələ. Şəhər stadionu, 16:30
Qarabağ - Neftçi (İlk oyun: 2:0)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Xaqani Məmmədov
Bakı. T.Bəhramov adına Respublika Stadionu, 19:30