İngiltərə Premyer Liqasının hazırkı lideri "Çelsi"nin 2020-ci ildən yeni stadionda çıxış edəcəyi barədə məlumat vermişdik.
Sportarena.az xəbər verir ki, yeni arena klubun hazırda ev oyunlarını keçirdiyi "Stemford Bric"in yerində tikiləcək. Uzun müzakirələrdən sonra London klubu yeni stadionun inşası ilə bağlı şəhər bələdiyyəsinin razılığına almağa müvəffəq olub. Halbuki ötən ilə qədər şəhər rəhbərliyi yeni arenanın inşasına icazə vermirdi.
Artıq stadion haqqında ilkin informasiyalar var. Arena yeni üslubda inşa ediləcək. Əvvəlki formasından ciddi şəkildə fərqlənəcək. 2020-ci ildə təhvil veriləcək stadionun tutumu 60 min nəfər olacaq ki, bu da indikindən təqribən 2 dəfə çox deməkdi.
Arenanın dizaynı klubun azarkeşi olan dizayner və komputer mühəndisi Neyl Vano tərəfindən hazırlanıb. Onun əl işi əsasında tikiləcək stadionun memarlıq baxımından fərqlənəcəyi artıq dəqiqdi. Arenanın həm daxili, həm də xarici görkəminə xüsusi diqqət ayıran Vano hətta stadionun ətrafında fəaliyyət göstərəcək ictimai obyektlərin görünüşünə də xüsusi diqqətlə yanaşıb.