Ronaldo: "Ferqyuson 7 nömrəli futbolkanı seçməyimi istədi" - AÇIQLAMA

18:52 4 Aprel 2017

“Real”ın və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo 7 nömrəli formanı seçməsinin səbəbini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, Ronaldo 7 nömrəni seçməsini “Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Ferqyusonun məsləhət bildiyini deyib:

 

“Vaxtilə “Mançester Yuanyted”də oynamış Corc Best, Erik Kantona, Devid Bekhem kimi oyunçular 7 nömrəli forma altında çıxış edib. Mən 28 nömrəli formanı geyinməyi düşünürdüm. Ancaq baş məşqçimiz Aleks Ferqyuson 7 nömrəli futbolkanı seçməyimi istədi. O, “bu formanı geyinmiş bütün futbolçuları yaxşı tanıyıram” dedi”.

 

Qeyd edək ki, Ronaldo 2009-cu ildə “Real”a transfer olunduqdan sonra bir müddət 9 nömrəli forma altında çıxış etsə də, Raulun klubdan ayrılmasından sonra burda da 7 nömrəli formanı seçib.


Digər xəbərlər

Xəbər xətti