AFFA-nın baş katibi Elxan Məmmədovun namizəd olduğu UEFA İcraiyyə Komitəsinin (İK) üzvlüyünə keçiriləcək səsvermədə rəqiblərindən biri geri çəkilib.
Sportarena.az xəbər verir ki, Qazaxıstan təmsilçisi olan Kayrat Boranbayev namizədliyini götürüb. "Kayrat" klubunun Müşahidə Şurasının sədri "instagram"dakı şəxsi səhifəsində quruma seçkilərdə iştirak etməyəcəyini yazıb.
Qeyd edək ki, UEFA-nın hazırda Helsinkidə keçirilən konqresində İK-ya seçkilər olacaq.