Elxan Məmmədov UEFA İcraiyyə Komitəsinə üzv seçilə bilmədi

15:52 5 Aprel 2017

Bu gün UEFA-nın növbəti konqresi keçirilib.

 

Sportarena.az xəbər verir ki, qitə futbol qurumunun ən ali təbdbirində UEFA İcraiyyə Komitəsinə seçkilər də keçirilib. AFFA-nın baş katibi Elxan Məmmədovun da namizədliyini irəli sürdüyü seçkidə 11 federasiya rəsmisi 8 vakant yer üçün mübarizə aparıb. Məmmədov 24 səs toplayaraq, İcraiyyə Komitəsinə seçilən 8 namizəd arasına düşə bilməyib.

 

 

Komitənin yeni üzvləri Con Delani (İrlandiya), Zibiqnev Bonek (Polşa), Devid Hill (İngiltərə), Raynhart Qrindel (Almaniya), Karl Erik Nilson (İsveç), Mişel Uva (İtaliya), Maykl van Praaq (Hollandiya) və Sərvət Yardımçı (Türkiyə) seçiliblər.


Digər xəbərlər

Xəbər xətti