"Roma"nın müdafiəçisi Kostas Manolas "İnter"in maraq dairəsinə düşüb.
Sportarena.az xəbər verir ki, Milan klubu yunanıstanlı futbolçunu 28 milyon avroya transfer etmək istəyir. Məlumata görə, klublar öz aralarında razılığa gəliblər. Transfer iyunun 30-da rəsmiləşəcək.
Manolasın "canavarlar"la müqaviləsi 2019-cu ilə kimi nəzərdə tutulub. Onun transferi bonuslarla birlikdə 43 milyon avroya başa gələ bilər.