"Meydanda sadəcə bir komanda oynayırdı" - Svanadze - AÇIQLAMA

20:58 5 Aprel 2017

Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununda "Qəbələ"yə uduzaraq (0:2) mübarizəni dayandıran "İnter"in baş məşqçisi Zaur Svanadze oyunla bağlı fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, gürcü mütəxəssis rəqibin daha istəkli olduğunu deyib:

 

"Təəssüf ki, final istəyimizi reallaşdıra bilmədik. Oyun haqqında onu demək istəyirəm ki, “Qəbələ” daha istəkli idi. Bizim də ilk hissədə imkanlarımız oldu, ilk 15 dəqiqədə səhv etmirəmsə, 2-3 real vəziyyət əldə etdik. Ancaq sən istifadə edə bilməsən, sənə vuracaqlar. Qolları buraxdıqdan sonra demək olar ki, meydanda sadəcə bir komanda oynayırdı. Hər iki cinah müdafiəçimiz oyunun gedişində yorulduqları üçün əvəzlənmək istədilər. Hər matçda onların üzərinə çox təzyiq düşür. Uşaqlar yorulurlar. Qarşıda 3-4 günümüz var. İstirahət edəcəyik və növbəti oyunlar haqqında düşünəcəyik”. 


Digər xəbərlər

Xəbər xətti