"Maraqlı olacaq, ancaq çox çətin olacaq" - Qurban Qurbanov - MÜSAHİBƏ

23:31 5 Aprel 2017

Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununda evdə “Neftçi” ilə qolsuz bərabərə qalan “Qarabağ” finala vəsiqə qazandı.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- İlk oyundan sonra da bu matçın çətin olacağını demişdim. Bu gün bir daha bunun şahidi olduq. Oyunçularda da, məndə də, qarşılaşmanın sonuna kimi arxayınçılıq olmadı. “Neftçi” yaxşı komandadı. Belə davam etsələr, istənilən rəqibə qarşı nəticə qazanmaq gücündədilər. Oyunçularıma təşəkkür edirəm. Ardıcıl üçüncü dəfə finala çıxdıq. Qarşıda bizi “Qəbələ”yə qarşı çətin oyun gözləyir. Komandada yorğunluq olsa da, həmin oyuna hazır olmağa çalışacaqğıq.

 

- Sizcə, “Qəbələ”ylə oyun qızıl medalın taleyini həll edəcək?
- Belə düşünmürəm. Son turadək gərginlik davam edəcək. Kənardan bəlkə, həmin matçın həlledici olduğunu düşünmək olar, ancaq məğlub olsaq, hər şey tərsinə çevrilə bilər. Hər şey mümkündü. Həm “Qəbələ”, həm də biz düşünmədiyimiz oyunlarda xallar itirmişik. 

 

- “Qəbələ” ilə son oyunlarda söz-söhbət çox olub. İstəyərdizmi ki, finalda “Qəbələ” yox, “İnter”lə qarşılaşasız... 
- Bizim istəməyimizlə deyil. Bəzi komandalarla oyun çətin keçir. “Qəbələ” də bu cür rəqiblərdəndi. Maraqlı olacaq, ancaq çox çətin olacaq.

 

- Yığmanın oyunlarından sonra Əfran İsmayılov çox tənqid olundu. Onun hazırda psixoloji vəziyyəti nə yerdədi?
- Normaldı. Hər oyundan sonra bəzi oyunçular tənqid olunur, bəzi oyunçular təriflənir. Əfran təcrübəli oyunçudu. Ancaq bir az ruhdan düşmüşdü, yorğunluq da var idi. Ancaq indi hər şey qaydasındadı. (Komanda.az)


Digər xəbərlər

Xəbər xətti