"Borussiya" Obameyanqı qol sevincinə görə cəzalandırdı

15:03 6 Aprel 2017

Dortmund "Borussiya"sı futbolçusu Pyer-Emerik Obameyanqı cəzalandırıb.

 

Sportarena.az xəbər verir ki, klub qabonlu hücumçunu 100 min avro cərimələyib. Buna  futbolçunun "Şalke" ilə oyunda qol sevinicini  "Nike" firmasının hazırladığı "hörümçək adam" maskası ilə qeyd etməsi səbəb olub. Məsələ ondadır ki, "Borussiya"nın texniki sponsoru "Puma"dır.


Qeyd edək ki, "Borussiya" klubu "Şalke" ilə oyundan bir gün sonra Obameyanqın cəzalanacağını açıqlamışdı. 


Digər xəbərlər

Xəbər xətti