"Yuventus"un müdafiəçisi Corcio Kyellini meydanda göstərdiyi bacarığı şəxsi həyatında da təkrarlayır.
Sportarena.az xəbər verir ki, 32 yaşlı futbolçu Turin universitetinin biznes və iqtisadiyyat fakültəsi üzrə doktorantura təhsilini başa vuraraq məzun adını alıb. İtaliya milli komandasının futbolçusu bu haqda rəsmi "twitter" hesabında da paylaşım edib:
"Nəhayət! Bütün imtahanları verdim. 3 il ərzində kitabların mənə çox yardımı oldu".