Futbolçumuzu Türkiyədə aldatdılar - 30 min

12:41 7 Aprel 2017

Türkiyənin həvəskarlar liqasında çıxış edən "Çəngəlköyspor"un azərbaycanlı futbolçusu İlham Allahverdiyevin xoşagəlməz halla üzləşib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycanın Birinci divizionunda bombardir olmuş hücumçu komanda yoldaşı tərəfindən aldadılıb. Belə ki, "Neftçi"nin yetirməsindən 30 min türk lirəsi alan Mustafa Taşkın sonradan yoxa çıxıb. Türkiyə mətbutının yaydığı xəbərə görə, İlhamla birlikdə komanda yoldaşı Burak Balamandan da borc ala futbolçudan xəbər yoxdu.

 

Klubdan isə bildiriblər ki, dələduz adı qazanan futbolçu bukmeker həvəskarıdır və uzun müddətdi bu işlə məşğul olur.


Digər xəbərlər

Xəbər xətti