Leyla Əliyeva “Bakı Marafonu 2017”də iştirak edəcək

13:32 7 Aprel 2017

“Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da aprelin 30-da təşkil olunacaq “Bakı Marafonu 2017”də iştirak etmək üçün qeydiyyatdan keçən şəxslər arasındadır”.

 

Sportarena.az xəbər verir ki, bu barədə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin direktoru Gülşən Əliyeva deyib.

 

“Leyla Əliyeva qeydiyyatdan keçsə də, onun marafonda iştirak edib-etməyəcəyini əvvəlcədən dəqiq deyə bilmərik”, - deyə, G.Əliyeva əlavə edib. Mətbuat konfransında o da qeyd olunub ki, bu il marafona qeydiyyat daha erkən tarixdən başladığından daha çox iştirakçının, o cümlədən daha çox əcnəbi vətəndaşın iştirakı gözlənilir.

 

Qeyd edək ki, Fondun vitse-prezidenti Leyla Əliyeva ötən il təşkil olunan marafona qatılmışdı. (Report)


Digər xəbərlər

Xəbər xətti