"Lester"in ən bahalı transferi həbs edilə bilər - Həyat yoldaşını döydüyünə görə

15:24 7 Aprel 2017

Son İngiltərə çempionu “Lester Siti”nin futbolçusu Əhməd Musa polis bölməsində dindirilib.

 

Sportarena.az xəbər verir ki, buna 24 yaşlı futbolçunun ailəsində tez-tez problem yaratması səbəb olub. İngiltərə mətbuatına yer alan xəbərə görə, həyat yoldaşını döydüyü üçün saxlanılan futbolçu ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. İngiltərə polisinin Musaya cəza verib-verməyəcəyi isə tezliklə məlum olacaq.

 

Qeyd edək ki, nigeriyalı futbolçu “Lester Siti” tarixinin ən bahalı transferidir.

 


Digər xəbərlər

Xəbər xətti