Futbol üzrə İran çempionatında 26-cı turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, Təbrizi təmsil edən klublar da növbəti oyunlarına çıxıblar. Uğursuz mövsüm keçirən "Maşinsazi" doğma meydanda "Padideh" klubuna məğlub olub - 0:2. Təbrizin digər təmsilçisi "Göstəriş" də ev oyununda "İstiqlal"ın müqavimətini qıra bilməyib - 1:1
.
Cənubi Azərbaycan paytaxtının ən məşhur klubu - "Traktorsazi" isə səfərdə "Saba Qom"la qarşılaşıb və böyük hesabla uduzub - 0:3.
Qeyd edək ki, 26 turdan sonra "Traktorsazi" 16 klub arasında 47 xalla üçüncüdü. "Göstəriş" 33 xalla 9-cu, "Maşinsazi" isə 16 xalla sonuncu pillədə qərarlaşıb.