FIFA 2016-cı ildə 369 milyon dollar ziyana düşdüyünü açıqlayıb.
Sportarena.az xəbər verir ki, qurum yazılı açıqlamasında, keçən il yaranan ziyanın rüşvət skandalı və rəhbər dəyişiklikləri müddətində gerçəkləşdiyi bildirilib. Açıqlamada FIFA-nın bu ili də zərərlə başa vuracağı ictimaiyyətə çatdırılıb.
Buna baxmayaraq, qurum gələn il Rusiyada təşkil olunacaq "DÇ-2018"də gəlirlərini artırmağı düşünür.