Futzal üzrə Avropa çempionatının əsas mərhələsinin ilk oyununda Azərbaycan millisi Bosniya və Herseqovinanı 5:4 hesabıyla məğlub edib.
Sportarena.az xəbər verir ki, oyundan sonra hər iki yığmanın baş məşqçisi matçla bağlı fikirlərini bildirib:
Biro Jade (Azərbaycan millisinin baş məşqçisi): “Dörd gün ərzində 3 oyun keçirməliyik. Təcrübəli komandayıq, amma belə turnirlərdə bu cür səhvlərə yer vermək olmaz. Hesab 4:2 olarkən çox vacib qol imkanlarından yararlana bilmədik. Səhvlərimiz oldu. Lakin indi təhlil aparmaq üçün vaxtımız yoxdu. Qarşıda hələ 2 oyunumuz var. Düşünmürəm ki, bu gün göstərdiyimiz oyun komandamızın maksimum bacarığıdı. Futzalda mövcud olan tendensiya son dünya çempionatında alt-üst oldu. Bütün oyunlarda qələbə qazanmaq üçün var gücünlə mübarizə aparmalısan”.
Boro Matan (Bosniya və Herseqovina millisinin baş məşqçisi): “Rəqibimizi qələbə qazanması münasibətilə təbrik edirəm. Birinci hissənin sonuna yaxın bir qədər diqqətsiz davrandıq, konsentrasiyanı itirdik və bu, nəticədə öz əksini tapdı. Məncə, Azərbaycan millisi qrupun favoritidi. Azərbaycan komandasının bütün rəqiblərinə qalib gəlməsi bizim üçün sərfəli olardı. Bu, bizim ikinci yeri tutmaq şansımızı artırar”.