Bu gün futzal üzrə Azərbaycan millisi AÇ-2018-in seçmə mərhələsində 2-ci turun oyunları keçirəcək.
Sportarena.az xəbər verir ki, B qrupunda mübarizə aparan yığmamızın bu dəfəki rəqibi Albaniya millisi olacaq. Komandamız qalib gəlməklə turnirin final mərhələsinə bir başa vəsiqə qazanmaq şanslarını xeyli artıracaq. Qrupun digər oyununda Bosniya və Herseqovina Macarıstanla qarşılaşacaq.
AÇ-2018-in seçmə mərhələsi: B qrupu, 2-ci tur
9 aprel
16:00 Bosniya və Herseqovina - Macarıstan 2:2
18:30 Azərbaycan - Albaniya 5:0
Hakimlər: Kostas Nikolau (Kipr), Timo Onatsu (Finlandiya)
Bakı idman sarayı.