İquain 49 illik rekordu təkrarladı

14:41 9 Aprel 2017

“Yuventus”un futbolçusu Qonsalo İquain “Kyevo” ilə oyunda (2:0) A seriyasında özünün 20-ci qolunu vurub.

 

Komanda.az xəbər verir ki, İquain “Kyevo” ilə qarşılaşmada dubl etməklə, 1958-ci ildən bəri “Yuve”də dəyişməyən rekordu təkrarlayıb. 1958-ci ildən bəri “Yuventus”da debüt edən heç bir futbolçu A seriyasında 20 qol vura bilməyib. Sonuncu dəfə bu nəticəyə 1957/58 mövsümündə Con Çarlz və Omar Sivoi nail olublar.

 

Qeyd edək ki, argentinalı futbolçu “Yuventus”un heyətində bütün turnirlərdə keçirdiyi 42 oyunda 27 qol vurub.


Digər xəbərlər

Xəbər xətti