Slovakiya çempionatında 26-cı turun oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, millimizin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu “Jilina” səfərdə “Trnava”nın qonağı olub. Qarşılaşma “Jilina”nın qələbəsi ilə başa çatıb - 1:2. Qələbədə Şeydayevin də payı olub. Komandanın ilk qolunun ötürməsini millimizin üzvü verib. Gənc forvard 50-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
Bu qələbədən sonra “Jilina” xallarının sayını 58-ə çatdırıb və liderliyini bir qədər də möhkəmləndirib.