“Çətin oyun olacağını bilirdik. “Qəbələ”nin potensialına bələdik. Düşünürəm ki, qol vurmaq imkanlarımız oldu, ancaq sona 3 tur qalmış qazanılan bir xal da fərqin davam etməsinə səbəb oldu”.
Sportarena.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Migel Madera deyib. Azərbaycan Premyer Liqasının 25-ci turunda “Qarabağ” “Qəbələ”ni qəbul edib. Qolsuz bərabərliklə başa çatan oyundan sonra ağdamlıların ispan oyunçusu qısa açıqlama verib.
- Qarşıdakı oyunlar haqqında nə düşünürsüz?
- Eyni tempdə davam etməliyik. Bütün oyunlar çox çətin olacaq. İşləmək lazımdı. Aradakı fərqin qalmasının arxayınlığa səbəb olacağını düşünmürəm. Əksinə, bütün futbolçular dərk edir ki, hər oyun fərqlidi. Çempionluğun astanasında səhv etmək olmaz.
- Bu gün komanda qalib gəlsəydi, çempionluq demək olar ki, təmin edilmiş olacaqdı. Nə mane oldu?
- Biz oyuna qələbə üçün çıxmışdıq. Bunun üçün cəhdlər də etdik. İmkanlarımız da oldu. Sadəcə, alınmadı. Çox çətin oyun oldu.