Türkiyə Super Liqasında mübarizə aparan "Adanaspor" baş məşqçisi ilə yolları ayırıb.
Sportarena.az xəbər verir ki, "Qarabağ"ın sabiq futbolçusu Reynaldonun şərəfini qoruduğu komandanın çalışdırıcısı Levent Şahin istefa verib. Şahin Super Liqanın 27-ci turu çərçivəsində qarşılaşdıqları "Çaykur Rizəspor"la oyundan (1:3) sonra postundan getdiyini açıqlayıb.
"Adanaspor" 27 turdan sonra 20 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Qeyd edək ki, qış fasiləsində “Qarabağ”dan “Adanaspor”a keçən Reynaldo “Çaykur Rizəspor”la görüşün son 20 dəqiqəsində meydanda olub.