“Qarabağ” - “Qəbələ” oyununda dava-qırğın gözləyirdim” - Kamran Ağayev - AÇIQLAMA + VİDEO

13:50 10 Aprel 2017

Azərbaycan millisinin qapıçısı Kamran Ağayev “Xəzər Tv”də yayımlanan “Futbol saatı” verilişinin qonağı olub.

 

Sportarena.az xəbər verir ki, təcrübəli əlcək sahibi ötən gün Azərbaycan Premyer Liqasının 25-ci turunda baş tutan “Qarabağ” – “Qəbələ” (0:0) oyunu haqqında fikirlərini bildirib. Ağayev komandalardan daha yaxşı oyun gözlədiyini, amma istədiyi səviyyədə qarşılaşma görmədiyini bildirib:

 

“Heç də gözlədiyim səviyyədə oyun olmadı. “Qarabağ” – “Qəbələ” oyununda dava-qırğın gözləyirdim. Çünki futbolun gözəlliyi budur. Gərginlik çox az idi. Sanki “Qəbələ” çempionluğa oynamaq istəmirdi”.

 

 


Digər xəbərlər

Xəbər xətti