"Bakılı" 80, MOİK 20 manat cərimələndi

14:27 11 Aprel 2017

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, bu gün keçirilən iclasda 1-ci divizionun son turunda baş verən qayda pozuntuları ilə bağlı qərar verilib:

 

Birinci divizionun 23-cü turunun MOİK - “Mil-Muğan” matçının 83-cü dəqiqəsində MOİK-in futbolçusu Hüseyn İsgəndərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

 

"Qaradağ Lökbatan” - “Bakılı” matçında “Bakılı”nın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti