Edinson Kavaninin PSJ ilə müqaviləni hansı şərtlərlə yeniləyə biləcəyi məlum olub.
Sportarena.az xəbər verir ki, 30 yaşlı forvardın sözləşməsi 2019-cu ilin yayında bitir. Lakin Paris klubu müqavilənin müddətini daha bir illiyinə artırmaq niyyətindədir.
Məlumata görə, Kavani bir sıra şərtlə müqaviləni yeniləməyə razıdır. Onlardan ən vacibi istirahət və məzuniyətdən sonra gecikmələrə görə cərimələrin yığışdırılmasıdır. Bundan başqa, o, imic hüquqlarından daha səmərəli yararlanmaq istəyir. Kavani hamçinin gəlir vergisinin də klub tərəfindən ödənilməsini tələb edir.
Klubun Kavanini saxlamaq istəyi o qədər çoxdur ki, danışıqları idman direktoru Patrik Klyuvert deyil, klub prezidenti Nasir Əl Xəlaifinin özü aparır.
Qeyd edək ki, Kavani bu mövsüm 41 oyunda 42 qol vurub.