AFFA Azərbaycan - Almaniya oyunundan nə qədər qazanıb?

17:24 11 Aprel 2017

AFFA 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş Azərbaycan – Almaniya oyunundan əldə olunan gəliri açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, matçın bilet və SkyBox satışından, həmçinin hospitality (qonaqpərvərlik) xidmətindən AFFA-nın büdcəsinə ƏDV daxil olmaqla 204 min 691 AZN pul vəsaiti daxil olub.

Qeyd edək ki, Azərbaycan - Almaniya görüşü qonaq komandanın 4:1 hesablı qələbəsi ilə başa çatıb.


Digər xəbərlər

Xəbər xətti