Qazaxıstanın “Ruzaevka” klubunun əvəzedici heyətinə yeni baş məşqçi təyin olunub.
Sportarena.az xəbər verir ki, bu Luis Otanvadır. O, bir müddət Bakıda ingilis dili müəllimi işləyib. Nigeriyalı qardaşının vasitəsilə ilə Almataya gedib və orada komandaya baş məşqçi təyin olunub. Bu barədə verilən sualı isə Otanva belə cavablayıb:
“Qardaşım Bakıda Beynəlxaq Məktəbdə məşqçidir. O, məni bir neçə yerli futbol menecerlərinə təklif etdi. Sonra qardaşımla onlar arasında problem yarandı. Mən qardaşımın Bakıdakı ingilis dili kursunda işləməyə başladım. Sonradan idman təşkilatlarının birinin vasitəsilə Almataya gəldim və indiki yerdəyəm”.