Partlayış yerindən məktub tapıldı - Dortmund polisindən AÇIQLAMA

10:34 12 Aprel 2017

Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində baş tutmalı olan “Borussiya” - “Monako” oyunundan öncə matçın keriləcəyi Dortmund şəhərində partlayış meydana gəlməsi barədə məlumat vermişdik.

 

Sportarena.az xəbər verir ki, partlayışın baş verdiyi ərazidə məktub tapılıb. Məktubu yazan şəxs partlayışa görə məsuliyyəti öz üzərinə götürdüyünü bildirib.

 

Hazırda polis məktubu yazan şəxsi axtarır. Dortmund polisinin rəhbəri Qreqor Lanqe mətbuata verdiyi açıqlamada hadisənin terror olduğunu birmənalı surətdə təsdiqləməyib:

 

“Bu gün terror riskinin olması yeni xəbər deyil. Bu qarşılaşmaya çoxdan hazırlaşırdıq. Ancaq baş verən hadisənin terror olduğunu da birmənalı şəkildə təsdiqləyə bilməyəcəm. Hazırda araşdırma aparılır”.

 

Partlayış “Borussiya”nın avtobusunun yaxınlığında baş vermiş, hadisə nəticəsində yüngül xəsarət alan Dortmund təmsilçisinin müdafiəçisi Mark Bartra xəstəxanaya yerləşdirilmişdi. Ən son məlumata görə, futbolçu xəstəxanadan evə buraxılıb.


Digər xəbərlər

Xəbər xətti