Türkiyənin “Adanaspor” klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportarena.az xəbər verir ki, Adana təmsilçisini Eyüp Arın çalışdıracaq. O, bu postda ötən günlərdə istefa verən Levent Şahini əvəzləyib. Klubun aşağı yaş qrupları üzrə komandasına baş məşqçi vəzifəsində çalışan Arının əsas vəzifəsi komandanı Superliqada saxlamaq olacaq. Əgər 54 yaşlı çalışdırıcı qarşısına qoyulan məqsədə çata bilsə, onunla yeni müqavilə imzalanacaq.
Qeyd edək ki, “Qarabağ”ın sabiq futbolçusu Reynaldonun çıxış etdiyi “Adanaspor” Super Liqada geridə qalan 27 turda cəmi 20 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.