Almaniyanın “Aue” klubunun prezidenti Helqe Leonhardt azərbaycanlı futbolçusu Dimitri Nazarov haqda danışıb.
Sportarena.az xəbər verir ki, Almaniya mətbuatına açıqlama verən klub rəhbəri son vaxtlar yaxşı formada olan millimizin yarımmüdafiəçisindən razılıq edib. Leonhardt Nazarovun əsas hədəfinin Azərbaycan millisinin heyətində Almaniyaya qarşı oynamaq olduğunu bildirib:
"O, həmin görüşdə özünü milli qəhrəman kimi göstərdi. Almaniyaya qol vurduğu üçün klubun düşərgəsinə də böyük motivasiya ilə qayıtdı. Həmin qarşılaşmadan sonra Nazarov yüksək səviyyədə çıxış edir. O, özünə güvənir və bu inamı bütün komandaya ötürür”.
Qeyd edək ki, 27 yaşlı futbolçu Almaniya ilə oyundan sonra komandasının heyətində 3 oyun keçirib. “Sankt-Pauli” və “Union Berlin”lə görüşdə məhsuldar ötürmə ilə yadda qalan Dmitri “Münhen 1860”la qarşılaşmada dubl edib.