Dortmundda 5 qol, "Bavariya" "Real"la bacarmadı, Atletiko qalib gəldi - YENİLƏNİB

00:46 13 Aprel 2017

Çempionlar Liqasında 1/4 final mərhələsinin ilkin oyunları davam başa çatıb.

 

Sportarena.az xəbər verir ki, aprelin 13-də 3 qarşılaşma baş tutub ki, biri Dortmundda baş vermiş partlayışa və terror təhlükəsinə görə təxirə salınmış "Borussiya" - "Monako" matçı idi. Həmin qarşılaşmada qapılara 5 qol vurulub və qonaqlar minimal hesablı qələbəyə sevinib.

 

Gecənin ən maraqlı matçı Münhendə baş tutub. "Bavariya" turnirin son qalibi "Real"ı qəbul edib. Bundesliqa təmsilçisi ilk hissədə hesabı açsa da, üstünlüyünü ikinci hissədə əldən verib. Nəticədə madridlilər evə qələbə ilə yollanıblar. Digər qarşılaşma da isə İngiltərə çempionu "Lester" Madriddə "Atletiko"nun qonağı olub. Bu görüşdə qapılara 1 qol vurulub. Ev sahibləri qələbəni bayram ediblər.

 

 

Çempionlar Liqası: 1/4 final, ilk oyunlar

12 aprel

20:45 Borussiya D - Monako 2:3

Qollar: Dembele, 57. Kaqava, 84 - Mbappe, 19; 79. Bender, 35-ö/q.

Yerinə yetirilməyən penalti: Fabinyo, 17.

 

23:45 Bavariya - Real 1:2

Qollar: Vidal, 25 - Ronaldo, 47; 77.

Yerinə yetirilməyən penalti: Vidal, 45+2.

Qırmızı vərəqə: Martines, 61.

 

23:45 Atletiko - Lester 1:0

Qol: Qrizmann, 28.

 


Digər xəbərlər

Xəbər xətti