“Arsenal” rəhbərliyi komandanın baş məşqçisi Arsen Venger klubdakı gələcəyi ilə bağlı yekun qərarı mövsümün sonunda qəbul edəcək.
Sportarena.az xəbər verir ki, bu haqda London klubu məlumat yayıb. Vengerin “Arsenal”la hazırkı müqaviləsi mövsümün sonunda başa çatacaq. Onun yeni sözləşmə imzalayıb-imzalamayacağı may və iyun aylarında dəqiqləşəcək.
London klubunun azarkeşləri komandanın cari mövsümdəki çıxışından narazıdırlar. Ona görə də fanatların çoxu fransız mütəxəssisin gedişinin lehinədir.
Qeyd edək ki, “Arsenal” hazırda Premyer Liqada altıncı yeri tutur.