"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri "Barcelona" ilə oyundan sonra (3:0) fikirlərini bölüşüb.
Sportarena.az xəbər verir ki, italiyalı mütəxəsis bunları deyib:
"Həm müdafiə, həm də hücumda əla oyun göstərdik. Bu, yarımfinala doğru atılan ilk addımdır. Cavab görüşü tam fərqli olacaq. Barselonada qol vurmaq lazımdır. Mən praqmatik düşünürəm və realistəm. Son illərdə xeyli irəli getmişik. Artıq Avropa "Yuventus"a hörmət edir".