Dortmunddakı partlayışa görə bir nəfər saxlanıldı

17:49 12 Aprel 2017

Dünən Çempionlar Liqasının 1/4 finalının “Borussiya” – “Monako” matçından öncə Dortmund klubunun avtobusu yaxınlığında törədilən partlayışda şübhəli bilinən iki şəxsdən biri saxlanılıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə federal prokurorluğun mətbuat xidmətinin rəhbəri Frayuk Koler Almaniya mətbuatına açıqlama verib. Şübhəli bilinən şəxsin radikal qruplaşmanın üzvü olduğu bildirilir. Frayuk Koler onu da bildirib ki, hadisə yerindən daha 3 partlayıcı qurğu tapılıb.

 

Qeyd edək ki,  məlum səbəbdən təxirə salınan “Borussiya” (Dortmund) - “Monako” görüşü bu gün saat 20:45-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti